Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Ana dilimizi sevək-sevdirək” adlı ədəbi-bədii gecə keçirilib

21.02.2023

Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 19 saylı kitabxana filialı Gəncə şəhər Şah İsmayıl Xətai adına 13 saylı tam orta məktəbin müəllim və şagird kollektivi ilə birlikdə 21.02.2023-ci il tarixində Beynəlxalq Ana Dili Günü münasibətilə “Ana dilimizi sevək-sevdirək” adlı ədəbi-bədii gecə keçirtdi. Tədbirdə Vətən Müharibəsi şəhidlərinin xatirələri bir dəqiqəlik sükutla yad edildikdən sonra Gəncə şəhər Şah İsmayıl Xətai adına 13 saylı tam orta məktəbin direktoru Gülnara Hüseynova “Ana dilimizi qoruyaq ”adlı videoçarxla maraqlı çıxış etdi. Azərbayvan dili müəllimi Nigar Rzayeva Xalq şairi Bəxtiyar Vahabzadənin səsi ilə səsləndirdiyi videoçarx tədbirə xüsusi gözəllik verdi. MKS-nin 19 saylı filialının müdiri Elza Əliyeva çıxışında dil hər bir millətin maddi və mənəvi irsini qoruyan və inkişaf etdirən ən mühüm və güclü vasitə olduğunu söylədi. Təlim tərbiyə işləri üzrə direktor müavini Rasim Alıyev , Azərbaycan dili müəllimi Bahar Məmmədbəyli, Mərquşə
İbrahimova, Psixoloq Qətibə Mustafayeva , təlim tərbiyə işləri üzrə direktor müavini Ələsgərov Rza, Uşaq Təşkilatı Birliyinin rəhbəri Qənifə Nağıyeva çıxışlarında, ana dilinin insanın mənəvi aləminin zənginləşməsində, dünyagörüşünün genişlənməsində, mükəmməl təhsil almasında, soydaşları ilə ünsiyyət qurmasında mühüm rol oynadığını, ölkəmizdə ana dilinin hərtərəfli inkişafı, işlək dilə çevrilməsi, beynəlxalq münasibətlər
sisteminə yol tapması dilimizin gözəl bilicisi, mahir natiq ulu öndər Heydər Əliyevin dilin qorunmasına yönələn düşünülmüş siyasətinin olduğundan danışdılar. Tədbirdə VIII- sinif şagirdlərinin ifasında musiqi müəllimi Təranə Hacıyevanın hazırladığı “Şirin dil” mahnısı və V, VII-ci siniflərin ifasında , şeirlər, bayatılar, atalar sözləri, mahnılar səsləndi.

 

78.6 KB