09.07.2018
Bu gün 9 saylı kitabxana - filialında uşaqların asudə vaxtlarının səmərəli keçirilməsi məqsədilə təşkil edilmiş “Yay məktəbi”ndə kitabxananın uşaq oxucularının Gəncə Darvazası, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin Məqbərəsi və Nizami Gəncəvi Müzeyinə gəzintisi keçirildi.Gəzinti zamanı uşaqlar Nizami Gəncəvinin məzarını ziyarət etdilər.Məqbərənin bələdçisi uşaqlara böyük korifeyimiz haqda geniş məlumat verdi. Onun qəbri üzərində tikilmiş qədim türbənin XIII-XIV əsrlərə aid edidiyindən danışdı.. Uşaqlar Nizami Gəncəvi adına müzeydə oldular. Müzeyin bələdçisi Nizami Gəncəvinin həyat və yaradıcılığı əks etdirən güşə haqqında, müzeydə olan qədimi əşyalar haqqında geniş məlumat verdi. Sonra uşaqlar Gəncə darvazasında oldular. Gəncə darvazası çox xoşlarına gəldi.Orda olan qədimi əşyalarla yaxında tanış oldular.
Gəzinti iştirakçıların çox marağına səbəb oldu, və tez - tez təşkil olunmasını arzu etdilər!