21.02.2023
Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 4 saylı kitabxana filialında 21.02.2023- cü il tarixdə Beynəlxalq Ana Dili Günü ilə əlaqədar "Ana dilini sevək sevdirək" başlıqlı sərgi keçirildi. Kitabxanaçı Gülarə Ələkbərova iştirakçılara bu günün yaranması haqqında qısa məlumat verdi. Dilimizin zənginliyi haqqında danışdı. O, həmçinin bildirdi ki, dil hər bir millətin maddi və mənəvi irsini qoruyan və inkişaf etdirən ən mühüm və ən güclü vasitədir. Hər bir insan öz ana dilini yaxşı bilməli və onu qorumalıdır. Bu mənəvi borcumuzdur.
Sonra iştirakçılar təşkil olunmuş sərgi ilə tanış oldular.