21.02.2023
21.02.2023-cü il tarixdə Gəncə Regional Mədəniyyət İdarəsi Samux rayon Qiyaslı kənd filialı Beynəlxalq ana dili günü münasibəti ilə "Dilim varsa,məndə varam" adlı dəyirmi masa keçirdi.Tədbirdə kitabxanaçı və oxucular iştirak etdi.Kitabxanaçı Cəfərova Günel tədbiri açaraq oxucuları salamladı və qeyd etdi ki,ana dilimiz bizim soyumuzun,kökümüzün işlətdiyi Vətən dili Azərbaycan dilidir.Dil xalqın tarixinin mədəniyyətinin,incəsənətinin,ədəbiyyatının,adət-ənənələrinin ifadə vasitəsidir.Dil yoxdursa xalq yoxdur,xalq yoxdursa dil yoxdur.Ana dili bütün elmləri öyrənməyin açarıdır.Hazırda Azərbaycan dili Azərbaycan respublikasının dövlət dilidir.Biz hər vasitə ilə ana dilimizin saflığını,təmizliyini,varlığını qoruyub saxlamalı,onu daha da inkişaf etdirmək üçün əlimizdən gələni etməliyik. Qiyaslı kənd məktəbin ədəbiyyat müəllimi Əliyeva Tamilə çıxış edərək qeyd etdi ki,Azərbaycan dili türk dilləri ailəsinin oğuz qrupuna daxil olan qədim və zəngin bir dildir.Təşəkkülü qədim dövrlərə gedib çıxan bu dilin ifadə zənginliyi,axıcılığı və sadəliyi,səlist ahəngi onun dünyada ən şirin dillərdən biri kimi tanıtmış və şöhrətləndirmişdir.Bu gün Azərbaycan dili ən yüksək səviyyədə siyasi-iqtisadi və mədəni tribunalardan eşidilir.Fəxr edə bilərik ki,son dövrlərin ən böyük dövlətlər arası razılaşmaları bu dildə aparılmış,əsrin müqavilələri bu dildə yazılmışdır.Məktəbin yuxarı sinif şagitdi Əhmədova Türkan çıxış edərək bildirfi ki,ana dili bizim varlığımız,fəxr dünyamızdır.Dilimizi inkişaf etdirib,yaşatmaq özümüzü yaşatmaqdır.Dünənimizdən,sabahımıza salınan mənəvi körpüdür.Sonra məktəbli Məmməsov Asiman Nəbi Xəzrinin "Ana dili" Cəfərov Cəsur Bəxtiyar Vahabzadənin "ana dilim" Cəfərov Fəxri "Doğma dilim"şeirlərini söylədilər.