Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Ana dilimizi qoruyaq” adlı dəyirmi masa keçirilib

21.02.2023

21.02.2023-cü il tarixində Gəncə Regional Mədəniyyət İdarəsi Samux rayon Mədəniyyət Mərkəzində Beynə­lxalq Ana Dili Gününə həsr olunmuş "Ana dilimizi qoruyaq" adlı dəyirmi masa keçirilib.Tədbi­rdə Mədəniyyət Mərkəzinin  işçi­ləri və 1saylı məktəb litseyin müəllim və şagirdləri  iştirak ediblər.
İlk öncə, Beynəlxalq Ana dili günü ilə bağlı hazırlanmış videoçarx tədbir iştirakçılarına təqdim olundu.Mədəniyyət Mərkəzinin direktor vəzifəsini müvəqqəti icra edən Arif Məmişov çıxış edərək bildirib ki, 21 fevral bütün dünyada Beynəlxalq Ana Dili Günü kimi qeyd olunur. Hər bir əlamətdar günün olduğu kimi bu günün də maraqlı və ibrətamiz tarixçəsi var:  Birləşmiş Millətlər Təşkilatı 1999-cu ilin noyabrında Banqladeş səfirinin təşəbbüsü ilə fevralın 21-ni Beynəlxalq Ana Dili Günü elan edib. Hadisənin tarixi isə bir qədər də əvvələ gedir. 21 fevral 1952-ci ildə Pakistanda benqal dilinin qadağan edilməsinə etiraz olaraq keçirilən aksiyada polis və silahlı qüvvələrin müdaxiləsi nəticəsində 4 nəfər şəhid olub. Banqladeş nümayəndələri  fevralın 21-ni məhz həmin şəhidlərin xatirəsinə ehtiram əlaməti kimi Ana dili günü adlandırılması haqqında müraciət ediblər.
Mədəniyyət Mərkəzinin metodisti Vəliyeva Leylaya O,da çıxışında qeyd edib ki, Dil hər bir millətin maddi və mənəvi irsini qoruyan və inkişaf etdirən ən mühüm və ən güclü vasitədir. Ən sadə şəkildə desək, dil ünsiyyət vasitəsidir, bununla bahəm, dil millətin simasını səciyyələndirən amillərdən biri, bəlkə də, birincisidir. O, hər hansı bir xalqın varlığının təzahürü, onun milli sərvəti, qan yaddaşıdır. Bu qənaət tarixin bütün dövrlərində bəşər övladlarının qeyd-şərtsiz qəbul etdiyi, sübuta ehtiyac duyulmayan aksiomadır. Xalqın taleyi, onun mənliyi, mənəviyyatı və mədəniyyəti olan dil cəmiyyətin təşəkkülü və inkişafı ilə birgə yaranır, tərəqqi edir. İnsanın təkamülündə ana dilinin rolu böyükdür.
Sonda isə məktəblilərin Beynəlxalq Ana dili günü ilə bağlı hazırladıqları şeirlər səsləndirilib.

 

79.6 KB