Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Kim daha çox mürəkkəb söz bilir?” başlığı altında intellektual yarış keçirilib

21.02.2023

Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 15 saylı kitabxana filialı 21 Fevral Beynəlxalq Ana Dili Günü ilə əlaqədar olaraq “Kim daha çox mürəkkəb söz bilir?” başlığı altında intellektual yarış keçirtdi. Tədbiri aparan 15 saylı kitabxana filialının müdiri Şəhla İlyasova ilk öncə 21 Fevral Beynəlxalq Ana Dili Günü haqqında məktəblilərə məlumat verdi. Sonra intellektual yarışın iştirakçıları olan M.Ş.Vazeh adına 16 saylı tam orta məktəbin 4-cü sinif şagirdlərinə oyunun qaydalarını izah etdi. Tədbirdə iştirak edən M.Ş.Vazeh adına 16 saylı tam orta məktəbin İbtidai sinif müəllimi Sədaqət Kazımova verilən sualları düzgün cavablandıran şagirdlərin yarışı davam etdirmələri üçün
ədalətli qərarlar verdi. Yüksək səviyyədə, qaydalara uyğun, məktəblilərin fəallığı və bütün iştirakçıların xoş əhval-ruhiyyəsi ilə keçirilən bilik yarışının qalibi Rasim Verdiyev oldu. İntellektual yarışın qalibinə 15 saylı kitabxana filialının kollektivi adından “Xəmsədən hekayələr-Nizami Gəncəvi” adlı kitab və eyni adlı əlfəcin hədiyyə olundu.

 

421.9 KB