Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Yollarda axtar məni” başlığı altında şeir saatı keçirilib

21.02.2023

 Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 20 saylı kitabxana filialında 20.02.2023- cü il tarixdə şair Əlağa Kürçaylının 95 illiyi ilə bağlı "Yollarda axtar məni" başlığı altında şeir saatı keçirilmişdir. Tədbiri filialın müdiri Zeynəb Məmmmədova açıq elan edərək qeyd etdi ki, şair Əlağa Kürçaylı 1928- ci ildə Salyan rayonunun Kürqaraqaşlı kəndində doğulmuşdur.Gənc yaşlarından şeirə, sənətə bağlanan şair özünə "Kürçaylı" təxəllüsü götürmüşdür.O 25 poemanın,bir neçə dram əsərlərinin, tərcümələrin müəllifidir. Təbiət və məhəbbət lirikası, incə səmimi hisslər Kürçaylı yaradıcılığı üçün səciyyəvi idi. Tədbirdə şairin şeirlərindən parçalar səsləndi.

 

254.6 KB