20.02.2023
Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 2 saylı filialında 20.02.2023-cü il tarixində şair, tərcüməçi, əməkdar incəsənət xadimi Əliağa Kürçaylının anadan olmasının 95 illiyinə həsr olunmuş “Sənətin qüdrəti” adlı şeir saatı keçirildi. Əvvəlcə torpaqlarımızın bütövlüyü uğrunda həlak olmuş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olundu.
Filialın müdiri Firuzə Yunusova şairin həyatı və yaradıcılığı haqqında məlumat verdi.Söylədi ki, Əliağa Kürçaylı özündən sonra gözəl poeziya kitabları,orijinal tərcümələr və gözəl mahnılardan ibarət qiymətli bir irs qoyub getmişdir. Tədbirdə filialın oxucuları, Əliyev Əli, Həsənov Fuad, Əliyeva Səfa, Məmmədov İbrahim şairin “Səslə məni”, “Bütövlük” , “Ülkər” ,”Yadına düşürəmmi” şeirlərini söylədilər, “Əliaga Kürçaylı -95”adlı sərgi nümayiş olundu. Tədbirdə Asan Xidmətin könüllüləri iştirak etdilər.