20.02.2023
Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər MKS-nin 24 saylı kitabxana filialı 17.02.2023-cü il tarixdə 21 Fevral Beynəlxalq Ana Dili Günü münasibətilə "Ana dilimiz və Heydər Əliyev"başlıqlı oxucu konfransı keçirdi. Kitabxana filialının müdiri Rahilə Qasımova tədbir iştirakçılarını salamladı və konfransı açıq elan etdi. Tədbir iştirakçıları Ulu öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan insanların əziz xatirəsini bir dəqiqəlik sükutla yad etdilər. Filialın müdiri konfransı Ulu öndərin bu müdrik kəlamları ilə davam etdirdi: "Xalqı xalq edən, milləti millət edən onun dilidir" Konfransda Qırğızıstandan Türkdilli dövlətlərin siyasətinə dəstək fondunun prezidenti, professor Nüsrət Məmmədov, AMEA-nın Gəncə bölməsi Nizami Gəncəvi irsinin tərcümə şöbəsinin baş elmi işçisi, Pedaqoji elmlər üzrə fəlsəfə doktoru, dosent Aləmzər Tağıyeva, ADAU-nin Dillər kafedrasının müəllimi Günay Abdullayeva, Az.TU-nin Azərbaycan dili və multikulturalizm kafedrasının baş müəllimi filoloq Zəminə Novruzova, AMEA-nın M.Füzuli adına Əlyazmalar İnstitutunun aparıcı elmi işçisi, Tarix üzrə fəlsəfə doktoru, dosent Aynur Hacıqədirli, AYB-nin üzvü Gəncə YB baş məsələhətçisi, şairə Aləmzər Əlizadə, GDU-nin Azərbaycan dili kafedrasının müəllimi Ayşən Nəbiyeva çıxış etdilər. Nüsrət Məmmədov Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq, tarixini, ədəbiyyatını və mədəniyyətini dünyaya tanıtmaq, məqsədi ilə çox sayda kitab və məqalələri müxtəlif dillərə tərcümə etdirmişdir. Konfransda söylənildi ki, Azərbaycan dilinə dövlət dili statusunun verilməsi Ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Bu Ulu öndərin xalqı qarşısında ən böyük tarixi xidmətlərindən biridir. Bu gün Azərbaycan dilinin hər tərəfli inkişafı, dövlət dilinə çevrilməsi, diplomatiya aləminə yol açması ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan dil siyasəti ilə bağlıdır. Həmçinin dilin inkişafı üçün Heydər Əliyevin müxtəlif vaxtlarda imzaladığı qərarlar, fərmanlar, sərəncamlar haqqında ətraflı məlumat verildi. Sonda qeyd edildi ki, Heydər Əliyevin dillə bağlı siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.