Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Xocalı - bir millətin kədəri” adlı anım tədbiri keçirilib

18.02.2023

Gəncə Regional Mədəniyyət İdarəsi Goranboy rayon Mədəniyyət Mərkəzinin Səfikürd Kənd Sənətkarlıq Evində "Xocalı - bir millətin kədəri" adlı anım tədbiri keçirildi. 

Tədbirdə Məşədiqaralar,Veyisli kənd Sənətkarlıq Evlərinin, Balakürd kənd Mədəniyyət Evinin və Səfikürd kənd Sənətkarlıq Klubunun nümayəndələri, İcra nümayəndəsi eyni zamanda ziyalılar  iştirak etmişdir.

Tədbiri giriş sözü ilə açan Balakürd kənd Mədəniyyət Evinin metodisti Elçin Tağıyev açdı.

 O, çıxışında 31 ildir xalqımızın sağalmaz yarası olan bu faciənin  tarixindən, ulu Öndər Heydər Əliyev tərəfindən siyasi və hüquqi qiymət almasından bəhs etdi. 

Çıxışın ardınca Xocalı Soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükütla yad edildi.

Daha sonra söz  Səfikürd kənd Sənətkarlıq Evinin direktoru Telli Behbudovaya verildi. 

O, öz çıxışında Xocalı faciəsinin tarixi barədə faktları göstərməklə qeyd etdi ki, tarixən erməni millətçiləri Azərbaycan xalqının başına müsibətlər gətirməklə öyünmüşlər.  Çıxışçı ermənilərin inanırıq xalqımıza qarşı törətdiyi  misligörülməmiş işgəncələrdən və əliyalın xalqımızın soyuq qış günü çəkdiyi əziyyətlərdən söz açdı.

Tədbirdə Məşədiqaralar kənd Sənətkarlıq Evinin direktoru Rəsmiyyə Paşayeva  “Xocalı Soyqırımı gənclərin gözü ilə” mövzusunda çıxış etdi.

 O çıxışında gənclərimizin Xocalı soyqırımı ilə bağlı məsələlərdə aktiv olduğunu və sosial şəbəkələrdə keçirilən Xocalıya dəstək kompaniyalarında hər zaman yaxından iştirak etdiklərini vurğuladı.  

İnanırıq ki, müzəffər ordumuz zəfər qazandıqdan sonra Xocalı faciəsi qurbanlarımızın ruhları bir qədər rahatlıq tapdı deyə R. Paşayeva bildirmişdir.

Allah bütün şəhildlərimizə rəhmət etsin!

 

83.4 KB