Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

” Heydər Əliyev və Ana-dilimiz” mövzusunda dəyirmi masa keçirilib

18.02.2023

17 fevral 2023-cü il tarixdə Gəncə Regional Mədəniyyət İdarəsi Goranboy rayon Heydər Əliyev Mərkəzində "2023-cü il Heydər Əliyev ili" çərçivəsində 21 fevral- Beynəlxalq Ana- dili günü münasibətilə Heydər Əliyev Mərkəzi və Mərkəzi Kitabxananın birgə təşkilatçılığı ilə " Heydər Əliyev və Ana-dilimiz" mövzusunda dəyirmi masa keçirildi. Tədbirdə Goranboy rayon Rəhimli kənd tam orta məktəbin müəllim və şagird kollektivi iştirak etdilər. Tədbiri Heydər Əliyev Mərkəzinin Elmi-işçisi Şəbnəm Əliyeva açaraq ölkəmizdə ana-dilinin hərtərəfli inkişafı, beynəlxalq münasibətlər sisteminə yol tapması Ulu Öndər Heydər Əliyevin dilimizin qorunmasna yönələn düşünülmüş siyasətinin nəticəsi olduğunu bildirdi. Rəhimli kənd tam orta məktəbin müəllimi Samirə Məmmədova, Mərkəzi Kitabxananın Abonoment şöbə müdiri Gülnar Nəcəfova məruzə ətrafında çıxış etdilər. Sonda Mərkəzi Kitabxananın təşkil etdiyi " Ana dilimiz varlığımızdır" başlıqlı kitab sərgisinə baxış keçirildi.

 

38.4 KB