18.02.2023
17 Fevral 2023-cü il tarixində Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxananın Xidmət şöbəsi daha bir şəhid ailəsi ilə Bilasuvar rayon şəhidi olan Müşfiq Xosizadənin ailəsi ilə “Şəhidlər tarixləşən istiqlal türbəsidir” adlı görüş keçirildi. Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən bütün şəhidlərin ruhu 1 dəqiqəlik sükutla yad edildi. Tədbirin təşkilatçısı və aparıcısı Xidmət şöbəsinin müdiri Aidə Abdullayeva şəhid Müşfiq Xosizadə haqqında, onun həyatı, döyüş yolu, şücaətindən bəhs edən mövzuda iştirakçıları məlumatlandırdıqdan sonra şəhidimizin əziz xatirəsinə həsr edilmiş videoçarx nümayiş olundu. Daha sonra tədbirdə iştirak edənlər; GDU-nun Pedaqoji fakultənin dekanı, alim, şair Bayram Apoyev, AYB Gəncə bölməsinin sədri, yazıçı, dramaturq Xəzangül Hüseynova, AYB Gəncə bölməsinin baş məsləhətçisi,şair Aləmzər Əlizadə, şairlər Almaz Yusifli, Zülfiyyə Yaqub, Minayə Abdullayeva, Gəncə “Maarif Evi” İctimai Birliyinin sədri İmamverdi Vəliyev Şəhidlər və Şəhidlik haqqında mövzu və şeirlərlə çıxış etdilər. Şair Bayram Apoyev ənənəvi olaraq özünün müəllifi olduğu “Şuşanamə” kitabını şəhidin ailəsinə təqdim etdi. Şəhidin atası Zakir Xosizadə, anası Dilrubə xanım, bacısı Əminə övladları və qardaşı haqqında xatirələrini, onun döyüş şücaətlərini, vətənə, dövlətinə olan böyük sevgisindən göz yaşları içində iştirakçılarla bölüşdülər. Şəhid Orxan Namazovun anası Nailə xanım və şəhid baş leytenant Elgün Xıdırovun atası Fuad Xıdırov da göz yaşları içində 44 günlük Zəfər Tariximizdən, gedən əzmli döyüşlərdən, düşmənin üzərinə qartal təki şığıyan Azərbaycan əsgərlərinin qəhərmanlıqlarından danışdılar. Kitabxananın kiçik, fəal məktəbli dostları Nihat və Damla Məmmədlilər Şəhidlərə aid “Ağlama Şəhid Anası”, “Şəhidlər” şeirləri ilə çıxış etdilər. Sonda çıxış edən MKS-nin direltor əvəzi Gülünaz İsgəndərova tədbir iştirakçılarına təşşəkkürünü bildirərək, şəhid ata və analarında Allahdan rəhmət dilədi.