17.02.2023
Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər MKS-nin Mərkəzi Kitabxananın Uşaq şöbəsi 17.02.2023-cü il tarixində K.D.Uşinski adina 29 nömrəli tam orta məktəbdə dünya şöhrətli şair və mütəfəkkiri Nizami Gəncəvinin “İsgəndər və çoban”, “Hind gözəlinin hekayəti”, “İsgəndərin Bərdəyə gəlməsi və Nüşabə ilə görüşməsi” “Nuşirəvanla vəziri və bayquşların söhəti, “Simnar”, “Bizans gözəlinin hekayəti” kitablarının xülasəsini keçitdi. Tədbiri şöbənin baş kitabxanaçısı Kifayət Sadıqova açaraq bildirdi ki, Nizami Gəncəvi dünya ədəbiyyatının görkəmli nümayəndəsi Azərbaycan şairi Nizami Gəncəvi bəşəriyyətin bədii fikir səlnaməsində yeni səhifələr açmış nadir şəxsiyyətlərdən biridir.Nəhəng sənətkarın xalqımızın mənəviyyatının ayrılmaz hissəsinə çevrilmiş parlaq irsi əsirlərdən bəri şərqin misilsiz mədəni sərvətlər xəzinəsində özünə məxsuz layiqli yerini qoruyub saxlamışdı. O, əsərlərində hər zaman əməyə zəhmətə böyük qiymət verər,ağılı,zirəkliyi və təbiət gözəlliyini də yüksək
tərənnüm etmişdir. Sonra kitabları xülasə edərək hər bir hekayə haqqında ətraflı məlumat verdi. Maraqlı keçən tədbirdə uşaqların bütün sualları cavablandırıldı. Qeyd olundu ki, onlar istədikləri zaman kitabları uşaq kitabxanasının fondundan əldə edə bilərlər. Sonda tədbirin təşkili üçün məktəbin təşkilat rəhbəri Vüsalə Məmmədovaya təşəkkür olundu.