17.02.2023
Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 7 saylı kitabxana filialında 14.02.2023- cü il tarixdə Azərbaycanda 2023-cü ilin "Heydər Əliyev" ili elan olunması və Heydər Əliyev irsinin təbliği ilə əlaqədar "Zəmanəmizin lideri" adlı sərgi təşkil olundu.
Sərgini multimedia işçisi Vüsalə Mustafayeva aparırdı.Kitabxananın əməkdaşı ulu öndərin mənalı, zəngin və şərəfli həyat yolunu, çoxsahəli ictimai-siyasi həyatını, fəaliyyətini, Azərbaycan dövlətçiliyi tarixində müstəsna xidmətlərini əks etdirən kitablar haqqında oxuculara məlumat verdi. Azərbaycan və xarici dillərdə 50 addan çox ədəbiyyatı əks etdirən sərgi oxucular tərəfindən maraqla qarşılandı.