Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Kitab, günəş, uşaqlar” adlı nağıl saatı keçirilib.

17.02.2023

Gəncə Regional Mədəniyyət İdarəsi Goranboy rayon Mədəniyyət Mərkəzinin Qaraçinar və Şəfəq kənd Mədəniyyət Evlərinin birgə təşkilatçılığı ilə Şəfəq kənd Körpələr Evi və Uşaq Bağçasında  “Kitab, günəş, uşaqlar” adlı nağıl saatı keçirib.

Nağıl saatında Şəfəq kənd Mədəniyyət Evinin direktoru Samirə Kazımova  nağıllar haqqında məlumat verərək bildirib ki, nağıllar şifahi xalq ədəbiyyatının ən zəngin növlərindən biridir.

Xeyrin şərə, işığın zülmətə, yaxşının yamana zəfər çalması və başqa şəkillərdə təzahür edən nikbinlik, xoşbəxt gələcəyə inam xalq nağıllarının başlıca keyfiyyətlərindəndir.

Nağıl saatında Qaraçinar kənd Mədəniyyət Evinin  əməkdaşı Xalidə Ələkbərova uşaqlara Uşaqlara “Azərbaycan nağılları”ndan “Kiçik şəhzadə”, “Yeddi qardaşlar”, “Dəmirdiş qız”, “100 Sevimli nağıl” seriyasından isə “Sehirli sandıq”, “ Qaz otaran çoban”, “Şahın sehrli paltarları” nağıllarını danışıb.

Uşaqlar nağılları diqqətlə dinləyib, sevdikləri personajlar haqqında danışıblar .

 

 

92.4 KB