05.07.2018
Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Uşaq şöbəsində 05.07.2018-ci il tarixində Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin “İlin fəsilləri”, “Simnar”, “Türküstan gözəlinin hekayəti” “Fitnə”,və ”Xeyir və Şər”, adlı hekayələrinin xülasəsi keçirildi.
Şöbənin müdiri Ellada Rəhimova öncə iştirakçılara söz dünyasının günəşi Nizami Gəncəvinin həyat və yaradıcılığı haqqında geniş məlumat verdi. Əsərlərində hər zaman şahların və sarayda yüksək mövqe tutan adamların ədalətsizliyini, zülmünü həm nifrət və qəzəb, həm də ürək ağrısı ilə qeyd etmişdir. O, cümlədən şair bütün əsərlərində zəhməti, cəsarəti, mərdliyi və hünəri dönə-dönə tərənnüm etmişdir. “İlin fəsilləri” hekayəsində Nizami Gəncəvi hər bir fəsilin gözəlliyini ayrı-ayrılıqda göstərmiş, təbiətin 4 fəslini çox gözəl şəkildə tərənnüm etmişdir. Hekayənin sonunda isə bildirmişdir ki, ilin hansı fəsli olur olsun insan zəhmətdən kənar qaçmamalıdır. “Xeyir və Şər” hekayəsində əsərin əsas mahiyyəti Xeyirin hümanistliyi, Şərin isə bədxahlığı haqqındadır. Xeyirin qəlbi hər cür bədxahlıqdan uzaq olduğu üçün yalnız müsbət hisslərlə yaşayır, yol yoldaşından əsla xəyanət gözləmir. Şərin xisləti isə bunun əksinə olaraq pislikdən yoğrulub, o, bəd əməllər törətməkdən, başqalarına ziyan vurmaqdan zövq alır, bunu həyatının məqsədi sanır.
Tədbirdə hekayələrin xülasəsini edən Ellada Rəhimova sonda iştirakçılara bildirdi ki, Nizami Gəncəvi yaradıcılığı bu gündə aktualdır və maraqlıdır. Tədbirdə 42 uşaq iştirak etdi.