16.02.2023
Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 19 saylı kitabxana filialı Gəncə şəhər Şah İsmayıl Xətai adına 13 saylı tam orta məktəbin müəllim və şagird kollektivi ilə birlikdə 16.02.2023-ci il tarixində “Korrupsiya nədir , onunla necə mübarizə aparmaq olar?” adlı konfrans keçirtdi. Tədbirdə Vətən Müharibəsi şəhidlərinin xatirələri bir dəqiqəlik sükutla yad edildikdən sonra MKS-nin 19 saylı filialının müdiri Elza Əliyeva tədbiri açıq elan etdi və həm dövlət həm də cəmiyyət tərəfindən korrupsiyaya qarşı mübarizə aparılmasından
danışdı. Gəncə şəhər Şah İsmayıl Xətai adına 13 saylı tam orta məktəbin direktoru Gülnara Hüseynova “Korrupsiyaya qarşı mübarizə haqqında” videoçarxla maraqlı çıxış etdi, Psixoloq Qətibə Mustafayeva , tarix müəllimi Vəfa Hacıyeva, təlim tərbiyə işləri üzrə direktor müavini Ələsgərov Rza, Uşaq Təşkilatı Birliyinin rəhbəri Qənifə Nağıyeva Korrupsiyanın tarixi və ona baxışın müxtəlif olduğu haqqında çıxışlar etdilər. Tədbirdə
iştirakçılar onlara ünvanlanan suallara maraqlı cavablar verdilər.