Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Heydər Əliyev – milli-mənəvi dəyərlərin himayədarı” mövzusunda dəyirmi masa keçirilib

16.02.2023

Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Heydər Əliyev Mərkəzi və Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 16 №-li kitabxana filialı birlikdə “Heydər Əliyev İli” çərçivəsində “Heydər Əliyev – milli-mənəvi dəyərlərin himayədarı” mövzusunda dəyirmi masa keçirib.

Tədbirdə Gəncə şəhər İsrafil Məmmədov adına 27№-li məktəb-liseyin müəllim və xüsusi istedadlar sinfinin şagirdləri iştirak ediblər.

Mərkəzin bələdçisi Sevinc Bədəlova şagirlərə Ulu Öndər Heydər Əliyevin Xatirə Muzeyində nümayiş olunan eksponatlar haqqında ətraflı məlumat verib.

Tədbiri açıq elan edən filial müdiri Mirvari Cəfərova qeyd edib ki, çoxəsrlik tarixi, maddi-mədəniyyət abidələri, zəngin ədəbiyyatı, incəsənəti və musiqi mədəniyyəti ilə dünya miqyasında seçilən və tanınan Azərbaycana mədəniyyətinə Ulu Öndər Heydər Əliyevin diqqət və qayğısı hər zaman olmuşdur. Ümummilli Lider Heydər Əliyev mədəniyyətin inkişafına daim yüksək qiymət verərək demişdir: “Xalqların və millətlərin formalaşmasında, dünya miqyasına çıxmasında mühüm rol oynayan amillərdən biri də mədəniyyətdir. Tarix sübut edib ki, yüksək mədəniyyətə malik xalq müasir aləmin yeni çağırışlarına uyğun hərəkət etməyə və tərəqqi, inkişaf yolunda inamla addımlamağa qadirdir. Ona görə də mədəniyyətin təbliği, inkişaf etdirilməsi, qorunub saxlanılması və gələcək nəsillərə ötürülməsi çox vacibdir.”

Gəncə şəhər Heydər Əliyev Mərkəzinin direktor əvəzi İlknur İsgəndərova “Heydər Əliyev milli-mənəvi dəyərlərimizin himayədarıdır”, kiçik elmi işçisi Dursun Əliyeva “Zəngin mədəniyyəti ilə tanınan Azərbaycan mədəniyyəti”, bələdçisi Sevinc Bədəlova “Muzeylər milli-mənəvi dəyərlərimizin təbliğində əsas vasitədir”, 27№-li məktəb-liseyin müəllimi Elvira Qurbanova “İşğaldan azad olunan mədəniyyət nümunələrimiz” mövzularında çıxışlar ediblər.

Tədbirin sonunda xüsusi istedadlar sinfinin şagirdləri Gülay Adıgözəlli, Xədicə Quliyeva və Yağmur Qocayeva Vətənə və Ulu Öndərə həsr olunmuş şeirlər söyləyiblər.

Sonda tədbirin aparıcısı Mirvari Cəfərova təşkilatı dəstəyə görə Gəncə şəhər İsrafil Məmmədov adına 27№-li məktəb-liseyinin direktoru Kəmalə İsgəndərovaya təşəkkür edib.

 

104.9 KB