Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Biri vardı, biri yoxdur” adlı nağıl saatı keçirilib

16.02.2023

Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 19 saylı kitabxana filialı 15.02.2023-cü il tarixində Azərbaycan nağıllarından ibarət “Biri vardı, biri yoxdur” adlı nağıl saatı keçirtdi. Tədbirdə Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. MKS-nin 19 saylı kitabxana filialının müdiri Elza Əliyeva Gəncə şəhər Şah İsmayıl Xətai adına 13 saylı tam orta məktəbin İbtidai sinif müəllimi Fidan Musayevanın rəhbərlik etdiyi IV sinif şagirdlərinə Azərbaycan xalq nağıllarından “Məlikməmməd”, yazıçı Gülzar İbrahimovanın “Nənəmin nağılları”, “Vətən və mən”, “İfritə və Cırtdan” adlı nağılların SD-disklərinə baxış təşkil etdi. Tədbirdə Gəncə şəhər Şah İsmayıl Xətai adına 13 saylı tam orta məktəbin Uşaq Birliyi Təşkilatının rəhbəri Qənifə Nağıyeva , psixoloq Qətibə Mustafayeva uşaqların baxdıqları nağıllar əsasında kiçik sənhəciklər təşkil etdilər. Böyük maraq və sevinclə qarşılanan tədbirdə MKS-nin 19 saylı kitabxana filialının müdiri Elza Əliyeva “ Göyərçin”, “Sehirli dünya”, “Göy qurşağı” jurnallarını uşaqlara hədiyyə etdi.

 

100 KB