15.02.2023
Gəncə Regional Mədəniyyət İdarəsi Goranboy Rayon Mədəniyyət Mərkəzinin Zeyvə kənd Folklor Evində birinci Qarabağ Müharibəsinin Şəhidi Mirbala Qüdrət oğlu Rəsulovun anım gününə həsr edilmiş "Tarix yazan qəhrəmanlar" adlı anım tədbiri keçirilmişdir.
Tədbirdə Mədəniyyət işçiləri, Zeyvə kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi, Şəhid ailələri və bir qrup kənd sakinləri Şəhidin döyüş yoldaşları iştrak etmişdir.
Tədbirdə torpaqlarmızın azadlığı uğrunda canlarından keçərək Şəhidlik zirvəsinə ucalmış igid oğullarımızın əziz xatirələri bir dəqiqəlik sükutla yad edildi.
Tədbiri giriş sözü ilə açan Zeyvə Kənd Folklor Evinin direktoru Aygül Rəsulova iştrakçıları salamlayaraq tədbir haqqında geniş məlumat verdi.
Folklor Evinin əməkdaşı Afət Quliyeva çıxış edərək Şəhid Mirbala Rəsulovun keçdiyi şərəfli ömür yolundan söhbət açdı.
Tədbirdə çıxış edən Şəhid Mirbala Rəsulovun döyüş yoldaşları onun igidliyindən, cəsurluğundan söhbət açaraq barəsində xoş təəsüratları bölüşdülər.
Mədəniyyət işçisi Elçin Tağıyev çıxış edərək torpaqlarımızın qorunması yolunda canlarından keçmiş şəhidlərimizin hünərinin hər birimizə örnək olması və hər bir Azərbaycan vətəndaşının öz qəhrəmanlarını tanımalı olduğu bildirilmişdir. Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsini və adını uca tutmaq, əbədiləşdirmək, onların yaxınlarına, doğmalarına, ailə üzvlərinə diqqət və qayğı göstərmək bizim hər birimizin vətəndaşlıq borcumuz və ən əsas vəzifəmizdir.
E. Tağıyev qeyd edib ki, Cənab Prezident İlham Əliyev tərəfindən həyata keçirilən sosial siyasətinin mərkəzində məhz Azərbaycan vətəndaşı dayanır.
Bu qəbildən olan ailələrin sosial ehtiyaclarının dövlət tərəfindən ödənilməsi, həmçinin vətən uğrunda öz canından keçmiş şəhidlərin və Qarabağ müharibəsi əlillərinin övladlarının təhsil haqqından azad edilməsi, eyni zamanda, bu insanların mənzil və avtomobillərlə təmin olunması dövlət başçısı tərəfindən göstərilən diqqət və qayğısının bariz nümunəsidir.
44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyev cənablarının "Dəmir Yumruq" əməliyyatı və qüdrətli Azərbaycan Ordusunun gücü naminə torpaqlarımız işğaldan azad edildi və bütün Şəhidlərimizin qisası alındı deyə Elçin Tağıyev vurğulamışdır.
Sonda Şəhid qardaşı Anar Rəsulov onlara göstərilən diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə və Birinci Vitse-Prezident Mehriban xanım Əliyevaya sonsuz minnətdarlığını bildirdi.
Mədəniyyət işçiləri tərəfindən Şəhid ailəsinə Şəhidimizin şəkli əks olunmuş "Şəhid Xatirə" tablosu təqdim edilmişdir.
Tədbir məktəblilərin hazırladıqları vətənpərvərlik mövzusunda şeir parçaları ilə davam etdirilmişdir.
Allah bütün Şəhidlərimizə rəhmət eləsin.