15.02.2023
13.02.2023-ci il tarixində Gəncə Regional Mədəniyyət İdarəsi Samux rayon Mərkəzi Kitabxananın Uşaq şöbəsi Beynəlxalq kitab bağışlama günü
münasibəti ilə “Kitab sənin ilk dostundur” adlı söhbət keçirdi. Tədbir Samux rayon M.Ə.Sabir adına 1 saylı məktəbin 2b sinifi ilə birgə
keçirildi. Kitab bəşər mədəniyyətinin ən böyük nailyyətlərindən biridir. Bilik xəzinəsinin qapılarını bizim üzümüzə bəşəriyyətin yaratdığı möcüzələrdən olan kitablar açır. Kitab insanın bəlkə də ən yaxın dostudur, əzizidir. Kitab hədiyyə etmək isə kitab sevərlər üçün ən gözəl bayramdır. Bu oxucuları mütaliəyə cəlb etməyin ən gözəl yoludur. Uşaq şöbəsini müdiri Venera Məmmədova bu gün münasibəti ilə şagirdləri təbrik edib, şagirdlərə jurnallar hədiyyə etdi. Bu günü keçirilməsində əsas məqsədin kiçik yaşlı oxucuların mütaliəsinə düzgün yanaşmaq, məktəbli oxucuların mütaliə mədəniyyətini yüksəltmək, uşaqlara kitab bağışlamanın və onlarda kitaba məhəbbət yaratmağın müqəddəs bir vəzifə olduğunu vurğuladı.