Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Dünyanı kitablarla tanıyaq” başlığı altında kitab sərgisi təşkil edilib

15.02.2023

Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi kitabxanın Uşaq şöbəsi14.02.2023-cü il tarixində K.D.Uşinski adina 29 nömrəli tam orta məktəbdə Beynəlxalq Kitab Bağışlanma Günü ilə əlaqədar “Dünyanı kitablarla tanıyaq” başlığı altında kitab sərgisi təşkil etdi. Tədbiri Uşaq şöbəsinin multimedia mütəxəsisi Səriyyə Abbasova açaraq bu günün tarixi haqqında ətraflı məlumat verdi və bildirdiki, dünya əhalisi fevralın 14-nü Beynəlxalq kitab bağışlanma günü kimi qeyd edir. Bu gün uşaqlara kitab bağışlayan və onlarda kitaba məhəbbət yaradan bütün insanları birləşdirir.2012-ci ildən qeyd edilən bu bayram ABŞ-da məşhur “Delightful Childrens Books” uşaq kitabı saytının yaradıcısı Emmi Brodmoorun adı ilə bağlıdır. Bu ideyanı ona balaca oğlu verib. Sərgi ilə tanış olan məktəblilər həmçinin Azərbaycan və dünya ədəbiyyatından oxuduqları əsərlər haqqındada məlumat verdilər. Sonda iştirakçılara kitabxana əməkdaşları tərəfindən kitab hədiyyə olundu. Tədbiri təşkil etməkdə məqsəd uşaqlarda kitaba məhəbbət ,onlarda mütaliəyə həvəs yaratmaqdır

 

91.2 KB