04.07.2018
04.07.2018 – ci il tarixdə MKS - nin 7 saylı kitabxana filialında Əbdürrəhim bəy
Haqverdiyevin “ Bomba ” hekayəsinin müzakirəsi keçirildi. Tədbiri fəal oxucumuz, ədəbiyyat müəlliməsi Svetlana Bağırova aparırdı. O, əvvəlcə Azərbaycan realist və demokratik ədəbiyyatının görkəmli nümayəndəsi Əbdürrəhim bəy Haqverdiyevin həyat və yaradıcılığı haqqında məlumat verdi. Sonra isə “ Bomba ” hekayəsi haqqında qısa məlumat verdikdən sonra “ Kərbəlayi Zal yumoristik, yoxsa satirik obrazdır?” , “Kərbəlayi Zalla usta Feyzullanı müqayisə edin” , “ Əsərin tərbiyəvi əhəmiyyəti nədən ibarətdir? ” sualları əsasında müzakirəyə başlandı. Oxucular verilən suallar ətrafında geniş fikir mübadiləsinə qoşuldular. Gülçin və İlkin Bağırov bacı - qardaşları müzakirədə xüsusi fəallıq göstərdilər. Tədbir “ Dramaturgiyamızın iftixarı ” adlı sərgiyə baxışla yekunlaşdı.