14.02.2023
Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 2 saylı filialında 13.02.2023-cü il tarixində şair, dramaturq, tərcüməçi, əməkdar incəsənət xadimi İslam Səfərlinin anadan olmasının 100 illiyinə həsr olunmuş “ Nəğməkar şair” adlı ədəbiyyat saatı keçirildi. Əvvəlcə torpaqlarımızın bütövlüyü uğrunda həlak olmuş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olundu.Filialın müdiri Firuzə Yunusova şairin həyatı və yaradıcılığı haqqında danışdı. Söylədi ki, İslam Səfərli 51 il yaşadı. Amma bu işıqlı dünyada bir şair kimi, bir insan kimi öz izini və özünə məxsus imzasını qoyub getdi. Onun şeirləri təsdiq edir ki, şairlər ölmür, mənəvi həyatları həmişə davam edir. İslam Səfərlinin 18 kitabı işıq üzü görüb. Şairin "Bakı,sabahın xeyir", "Zərif gülüşlüm", "Bir könül sındırmışam", "Qonaq gəl bizə", "Bakılı qız", "Nə vaxta qaldı", "Ana", " "Ağ xalatlı həkimlər" və s. bu kimi yüzlərlə mahnısı dillər əzbəri olmuşdur. Tədbiri keçirməkdə məqsədimiz şairiin yaradıcılığını gənc nəslə tanıtmaq və oxucularda mütaliə vərdişi aşılamaq olmuşdur. Oxucular “İslam Səfərli-100” adlı sərgi ilə də tanış oldular.Tədbirdə filialın oxucuları iştirak etdilər.