14.02.2023
Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 19 saylı kitabxana filialı 13.02.2023-cü il tarixində Görkəmli yazıçı, ədəbiyyatşünas Əzizə Məmməd qızı Cəfərzadənin əsərlərindən ibarət “Aləmdə səsim var mənim” adlı kitab xülasəsi keçirtdi. Tədbirdə Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. MKS-nin 19 saylı kitabxana filialının müdiri Elza Əliyeva tədbiri açaraq İyirminci yüzilin Azərbaycan ədəbiyyatının istedadlı nümayəndələrindən biri olan xalq yazıçısı Əzizə Cəfərzadənin həyat-yaradıcılığı haqqında məlumat verdi və “Eldən-elə”, “Natəvan haqqında hekayələr”,“Cəlaliyyə” , ikicilddən ibarət “Azərbaycanın aşıq və şair qadınları”, “Aləmdə səsim var mənim”, “Bakı – 1501”, “Vətənə qayıt” kitablarının xülasəsini etdi. Gəncə şəhər Şah İsmayıl Xətai adına 13 saylı tam orta məktəbin Azərbaycan dili müəllimi Mərquşə İbrahimova xalq yazıçısı ilə bağlı öz xatirəıərini iştirakçılarla paylaşdı. Gəncə şəhər Şah İsmayıl Xətai adına 13 saylı tam orta məktəbin Uşaq Birliyi Təşkilatının rəhbəri Qənifə Nağıyeva , psixoloq Qətibə Mustafayeva Xalq yazıçısı, filologiya elmləri doktoru, professor Əzizə Cəfərzadənin maddi və mənəvi dəstəyi sayəsində doğma yurdu Hacıqabul rayonu Udulu kəndində orta məktəb binası tikilməsindən və bu gün onun adını daşımasından danışdılar. Tədbirin sonunda MKS-nin 19 saylı kitabxana filialının müdiri Elza Əliyeva bildirdi ki, Uzun müddət respublika Qadınlar Komitəsinə rəhbərlik etmiş yazıçı – müəllim Əzizə Cəfərzadənin yalnız öz dövründə deyil, gələcəyə ünvanlanmış əsərləri geniş oxucu kütləsinin diqqət və marağına səbəb olacaq, sevilə-sevilə oxunacaqdır.