14.02.2023
Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 24 saylı kitabxana filialı 10.02.2023 -cü il tarixdə Əməkdar İncəsənət xadimi, şair, dramaturq İslam Səfərlinin anadan olmasının 100 illiyi münasibətilə şeir gecesi keçirtdi. Tədbiri kitabxana filialının böyük kitabxanaçısı Mehriban Məmmədzadə açaraq şairin həyat və yaradıcılığı haqqında tədbìr iştirakçılarına məlumat verdi. 24 saylı tam orta məktəbin müəllimi Sülhanə İsmayılova şairin yaradıcılığı haqqında ətraflı danışdı. İslam Səfərli 12 fevral 1923-cü ildə Naxçıvanın Şəkərabad kəndində anadan olmuşdu. Könüllü olaraq Böyük Vətən müharibəsində iştirak etmişdi. Müharibəyə aid çox sayda şerler və poemalar yazmışdı. O, dramaturq kimi də böyük uğur qazanmışdı. "Göz həkimi" "Ana ürəyi"ve s. əsərləri tamaşaya qoyulmuşdu. İslam Səfərli tərcüməçilik fəaliyyətilə də məşğul olmuşdur. Şairin dillər əzbəri olan "Bakılı qız" "Bir könül sındırmışam" "Qonaq gəl bizə" və bir çox mahnıları indi də sevə-sevə dinlənilir. Onun 18 kitabı işıq üzü görüb. Dövlətimiz onun adını əbədiləşdirmək məqsədilə oxuduğu 1 saylı orta məktəbə, yaşadığı binaya onun barelyefi, Xəzər dənizində üzən gəmilərin birinə və Bakının mərkəzi küçələrindən birinə onun adı vermişdir. Şair 6 noyabr 1974-cü ildə 51 yaşında vəfat etmişdir. Sonda məktəblilər şairin bir çox şerini söylədilər və "Bakılı qız mahnisı"səsləndi.