Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Kitabsız bir ömrün nə mənası var?!” başlığı altında ədəbi-bədii kompozisiya keçirilib

14.02.2023

Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 15 saylı kitabxana filialı 14 Fevral Beynəlxalq Kitab Bağışlama Günü ilə əlaqədar olaraq “Kitabsız bir ömrün nə mənası var?!” başlığı altında ədəbi-bədii kompozisiya keçirtdi. Tədbir Azərbaycanın suverenliyi və ərazi bütövlüyü eləcədə xalqımıza qarşı törədilmiş soyqırımlarda həlak olmuş Şəhidlərimizin ruhunun bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı. Tədbiri 15 saylı filialın müdiri Şəhla İlyasova apardı. Tədbirdə M.Ş.Vazeh adına 16 saylı tam orta məktəbin müəllimi Səadət Əliyeva, həmin məktəbin kitabxana müdiri Aynur Rzayeva çıxış etdilər. Tədbirdə xüsusi olaraq vurğulandı ki, 2012-ci ildən qeyd edilən bu bayramın əsas məqsədi uşaqlarda kitaba olan məhəbbəti və marağı artırmaq, eyni zamanda ən gözəl hədiyyənin məhz kitab olduğu hissini onlara aşılamaqdan ibarətdir. Sonra məktəbin 7-ci sinif şagirdləri kitaba həsr olunmuş şeir parçaları, bir sıra məşhur şəxsiyyətlərin kitaba dair
söylədikləri aforizmləri əzbər söylədilər. “Bir qalanın sirri” məşhur Azərbaycan filmindən Elşənin kitablarla olan söhbətini səhnəcik formasında təqdim etdilər. Tədbirin sonunda isə məktəblilər həmin günün xöş xatirəsi olaraq bir-birinə kitab hədiyyə etdilər.

 

1.1 MB