10.02.2023
Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 15 saylı kitabxana filialı əməkdar incəsənət xadimi, şair, dramaturq Səfərli İslam Əhməd oğlunun anadan olmasının 100 illiyi ilə əlaqədar olaraq “Sənə qurban canım, Azərbaycanım!” başlığı altında şeir gecəsi keçirtdi. Tədbiri 15 saylı filialın multimedia resursları üzrə mütəxəssisi Sulaxbin-Elçi Aygün apardı. O, ilk öncə şair, dramaturq İslam Səfərlinin həyat və yaradıcılığı haqqında məlumat verdi. Sonra məktəblilərin istəyi ilə şairin “Seçilmiş əsərlərinə” daxil edilmiş “Sənə qurban canım, Azərbaycanım!” şeirini oxudu. Məktəblilər də öz növbələrində şairin “Qol çəkirəm”, “Ana”, “Sülhün səsi”, “Vətənim var”, “Azərbaycanım” kimi şeirlərini əzbər söylədilər. Tədbirin sonunda aparıcı məktəblilərə öz minnətdarlığını bildirib, tədbiri yekunlaşdırdı.