Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Vətənini, millətini sevən iftixar mənbəyi” adlı şeir saatı keçirilib

10.02.2023

Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 9 saylı filialı 10.02.2023-cü il tarixində Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar “Vətənini, millətini sevən iftixar mənbəyi” adlı şeir saatı keçirtdi. Tədbirdə Gəncə şəhər 37 saylı orta məktəbin müəllim və şagirdləri iştirak etdi .İlk öncə Ümummilli lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını qurban verən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Multimedia resursları üzrə mütəxəsis Nərgiz Məmmədova tədbiri açıq elan etdikdən sonra Ulu Öndərin nəsillərə nümunə olan layiqli həyat yolundan məlumat verdi. Çıxış edən tarix müəllimi Əfsanə Məmişova, coğrafiya müəllimi Zöhrə Məmmədova, kitabxanaçı Səidə Ağayeva Ulu öndərin təhsilə olan diqqət və qayğısı, ölkənin tərəqqisi naminə gördüyü işlər barədə söz açdılar. Heydər Əliyevi tərənnüm edən şeirlər söyləyən 9-cu sinif şagirdləri bildirdilər ki, Ümummilli lider Heydər Əliyevin xatirəsi hər zaman yüksək ehtiramla anılacaq, xalqımızın qəlbində daim yaşayacaqdır.

 

107.7 KB