Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Xilaskar” adlı dəyirmi masa keçirilib

09.02.2023

Gəncə Regional Mədəniyyət İdarəsi Goranboy rayon Mərkəzləşdirilmiş kitabxana sistemi şəhər kitabxana filialının təşkilatçılığı ilə 08 fevral 2023-cü il tarixdə Goranboy rayon Heydər Əliyev Mərkəzində Goranboy şəhər Uşaq İncəsənət məktəbinin və 1№-li Sənətkarlıq Kulubunun əməkdaşları ilə birlikdə şair Mərkəz (Qacarın) Mikayıl oğlu Quliyevin anadan olmasının 75 illiyinə həsr olunmuş “Xilaskar” adlı dəyirmi masa keçirdi. Dəyirmi masanı giriş sözü ilə şəhər kitabxana filialının müdiri Nərgiz Məmmədova açaraq, sairin həyat və yaradıcılığı haqqında iştirakçılara məlumat verdi. Goranboy şəhər Uşaq İncəsənət məktəbinin direktoru Sevinc Zeynalova və 1№-li Kulubun metodisti Vüsalə Alıhüseynova keçirilən mövzu haqqında öz təssüratlarını bildirbilər. Dəyirmi masa Şəhər Kitabxana Filialının multimedia mütəxəssisi Kəmalə İsmayılova Mərkəz Qacarın 2004-cü ildə Dünya əhəmiyyətli siyasətçi Heydər Əlirza oğlu Əliyevin şanlı həyat yoluna həsr etdiyi “Xilaskar” poemasından bir neçə parça söyləməklə başa çatdı.

 

190.3 KB