Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Azərbaycan şahinlərinin qəhramanlıq sücaəti” mövzusunda məlumat saatı keçirilib

09.02.2023

Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 1 saylı kitabxana  filialında  10.02.2023-ci il tarixində 6 saylı məktəbin müəllim və şagird kollektivi ilə birlikdə Hərbi Hava Qüvvələri günü ilə əlaqədar “Azərbaycan şahinlərinin qəhramanlıq sücaəti” mövzusunda məlumat saatı keçirdi.Ilk öncə şəhidlərimizin ruhu bir dəqiqəlik sukutla yad edildi.Tədbiri açıq elan edən kitabxananın müdiri Məlikova Züleyxa Azərbaycan ordusunun yaranması tarixindən söhbət açdı.O qeyd etdi ki, 14 fevral 1992-ci ildə Milli Ordunun Hərbi Hava Qüvvələri ayrıca bölmə kimi təsis olunub və bu ordu bütün döyüş tapşırıqlarını yerinə yetirməyə qadir ordudur. 6 saylı məktəbin coğrafiya müəllimi Aygün Mirzəliyeva qeyd etdi ki,  Hərbi Hava Qüvvələri aprel döyüşlərində düşmənə uğurlu zərbələr endirmişdir. Riyaziyyat müəllimi
Südabə Zeynalova mövzu ilə əlaqədar bildirdi ki, bu gün ən müasir təyyarə və helikopterlər Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunları Azərbaycan səmasını tam gücü ilə qorumağa qadirdir.Tədbirdə mövzu ilə bağlı şagirdlər də öz fikirlərini bildirdilər.Hərbi Hava Qüvvələri günü münasibəti ilə bu qurumda təmsil olunan bütün hərbçilərimizi təbrik edirik, onlara aydın səma arzulayırıq.

 

96.8 KB