Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Cənnətdəki mövludun mübarək şəhidim” adlı tədbir keçirilib

09.02.2023

Gəncə Regional Mədəniyyət İdarəsi  Goranboy rayon Mədəniyyət Mərkəzinin tabeliyində olan kənd və qəsəbələrdə fəaliyyət göstərən Mədəniyyət Evləri və Klubların nümayəndələri Şəhid ailələri ilə görüşlər təşkil edir.

 Mədəniyyət işçiləri də mütəmadi olaraq şəhid ailələrini ziyarət edir, müharibə qaziləri və iştirakçıları ilə görüşür, onlara mənəvi dəstək olurlar.

Gəncə Regional Mədəniyyət İdarəsi Goranboy rayon Mədəniyyət Mərkəzinin Qaraçinar kənd Mədəniyyət Evində Şəfəq kənd Mədəniyyət Evinin birgə təşkilatçılığı ilə 44 günlük Vətən Müharibəsinin Şəhidi, Qaraçinar kənd sakini Tacir Fariz oğlu Cəfərovun mövlud günü ilə əlaqədar "Cənnətdəki mövludun mübarək Şəhidim" adlı tədbir keçirilmişdir.

Keçirilən tədbirdə Mədəniyyət işçiləri, Qaraçinar və Şəfəq kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndələri, Şəhid ailələri, sakinlər və məktəblilər iştrak etmişdir.

Keçirilən tədbirdə Vətən uğrunda canlarından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbirdə çıxış edən Qaraçinar kənd Mədəniyyət Evinin direktoru Tahirə İmanova ilk öncə Şəhid ailəsinə bütün Mədəniyyət sahəsində çalışan əməkdaşlar adından dərin hüzünlə başsağlığı verilmiş, Şəhidlərimizə uca Allahdan rəhmət ailələrinə səbir diləmişdir.

Vətən uğrunda canlarını qurban verən Goranboylu Şəhidlərin ömür yolundan, vətənpərvərliyindən, döyüşlərdə göstərdikləri qəhrəmanlıqlardan söz açılıb, xatirələri ehtiramla yad edilib.

 Görüşdə çıxış edən Şəfəq kənd Mədəniyyət Evinin direktoru Samirə Kazımova  Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Zəfərlə başa çatan 44 günlük Vətən müharibəsində qazanılan şanlı Qələbənin tarixi əhəmiyyətindən danışıb, şəhidlərimizin, qazilərin qəhrəmanlıqlarından söz açıb, ərazi bütövlüyümüz uğrunda canlarından keçən igid oğulların əziz xatirələrinin heç bir zaman unudulmayacağını vurğulayıb.

 Artıq Azərbaycan xalqı iki ildirki 8 Noyabr tarixini Şanlı Qələbəmizin yeni səhifəsi olaraq təntənəli sürətdə qeyd edir. Bu qələbəni bizlərə yaşadan Müzəffər Ali Baş Komandan İlham Əliyev cənablarına əziz Şəhidlərimizə və Qazilərimizə borcluyuq deyə S. Kazımova bildirilmişdir.

Tədbirdə Şəhid atası Fariz Cəfərov çıxış edərək, onlara göstərilən yüksək dövlət qayğısına görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirib, tədbirin təşkilatçılarına təşəkkür edib.

Sonda Şəhid ailəsinə Şəhidimizin şəkli əks olunmuş Xatirə Tablosu təqdim edilmişdir.

Tədbir məktəblilərin hazırladıqları vətənpərvərlik mövzusunda şeir parçaları ilə davam etdirilmişdir.

 

136.8 KB