Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Rəqəmlərin sehri”

04.07.2018

Gəncə şəhər Mərkələşdirilmiş Kitabxana Sisteminin Uşaq şöbəsində uşaqların yay tətilinin səmərəli və asudə vaxtlarının maraqlı keçməsi üçün 04.07 . 2018 ci il tarixdən 05.09.2018-ci il tarixinədək “Yay məktəbi” təşkil olunmuşdur.

Yay məktəbində məktəblilərin xarici dil öyrənmək marağını daha da artırmaq , onların bacarığını inkişaf etdirmək məqsədilə “İngilis dilini öyrənək və danışaq” başlığı altında açılmış könülllü ingilis dili danışıq kursudur.

Tədris uşaqların 3 əsas bacarığını inkişaf etdirəcək. Danışıq, yazma və oxuma.

Ödənişsiz keçirilən dərslərin hər biri 2 saat olmaqla şagirdlərin bilik səviyyəsinə uyğun olaraq iki qrupda, həftənin 4 günü aparılacaq.

Eləcə də şagirdlərin riyazi biliklərinin təkmilləşdirilməsi və riyaziyyat elmini daha da sevdirmək məqsədilə “Rəqəmlərin sehri” başlığı altında riyaziyyat dərnəyi fəaliyyət göstərəcək.

Məşğələlər həftənin iki günü müəyyən yaş qrupları üzrə keçiriləcək. Dərslər Gəncə Dövlət Universitetinin fizika və texniki fənnlər fakultəsinin və xarici dillər kafedrasının tələbələri tərəfindən aparılır.