Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Mübarizələri olan Vətən basılmaz” adlı anım günü keçirilib

08.02.2023

Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 3 saylı kitabxana filialı 07.02.2023-cü il tarixdə Azərbaycan Respublikasının Milli Qəhrəmanı Mübariz İbrahimovun anadan olmasının 35 illik yubileyinə həsr olunmuş "Mübarizələri olan Vətən basılmaz"adlı anım günü keçirtdi.Tədbirdə torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi.Kitabxanaçı Günel Kərimova çıxış edərək Milli Qəhrəman Mübariz İbrahimovun döyüş zamanı göstərdiyi şücaət və igidlik haqqında iştirakçılara məlumat verdi.Bu gün Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun yüksəldiyi zirvə təkcə onun doğulub boya-başa çatdığı kənddən deyil, Azərbaycanın və eləcə də bütöv türk dünyasının hər yerindən görünür.Mübariz İbrahimov 2010 cu il iyunun 18 də torpaqlarımızın erməni qəsbkarlarından azad etmək uğrunda canından keçərək şəhidlik zirvəsinə yüksəlmişdi.Tədbirdə kitabxananın fəal oxucuları və 15,17 saylı orta məktəbin şagirdləri Mübariz İbrahimova həsr olunmuş şeirlər səsləndirdilər.Ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 22 iyul 2010-cu il tarixli fərmanı ilə İbrahimov Mübariz Ağakərim oğluna ölümündən sonra Azərbaycan Milli Qəhrəmanı adı verilmişdir.

 

1.6 MB