Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Döyüşdə həmişə Mübariz ol” başlığı altında anım günü keçirilib

08.02.2023

Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 20 saylı kitabxana filialında 7.02.2023 cü il tarixində Azərbaycanın Milli Qəhrəmanı, şəhid Mübariz İbrahimovun 35 illik yubileyi ilə bağlı "Döyüşdə həmişə Mübariz ol" başlığı altında anım günü keçirildi.Əvvəlcə bütün şəhidlərin əziz ruhu bir dəqiqəlik sükutla yad edildi.Sonra multi-media resursları üzrə mütəxəssis Aidə Abdullayeva bildirdi ki, Mübariz 1988- ci il fevralın 7-də Puşkin rayonunun Əliabad kəndində doğulmuşdur.O həqiqi hərbi xidməti başa vurduqdan sonra Azərbaycan Silahlı Qüvvələri sıralarında gizir kimi könüllü xidmətə başlamışdır.
Sonra çıxışçılar məğrur Mübarizin döyüş yolundan, onlarla erməni əsgərini öldürməsindən və şücaətindən danışdılar.
O,  Tərtər rayonunun Çaylı kəndində 5 saat döyüşərək 2010- cu ilin iyulunda şəhadətə yüksəldi, ölümündən sonra müxtəlif orden və medallarla təltif olunmuşdur.

 

270.3 KB