Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Kitab xülasəsi keçirilib

08.02.2023

Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 7 saylı kitabxana filialı 07.02.23- cü il tarixdə fransız yazıçısı Jül Vernin anadan olmasının 195 illiyi ilə əlaqədar "Sirli ada", "Arxipelaq alovlanır", " Klodius Bombarnak", "İyirmi min lye su altında", "Kapitan Qrantın uşaqları", "80 günlük dünya səyahəti" kitablarının xülasəsini keçirtdi.Tədbirin aparıcısı Könül Mirxudayeva əvvəlcə yazıçının həyat və yaradıcılığı haqqında  məlumat verərək bildirdi ki, ədəbiyyatda elmi-fantastika janrının ən görkəmli nümayəndəsi olan Jül Vern səyahəti çox sevirdi və ilin 12 ayından təqribən 6 - nı dəniz səyahətlərində keçirirdi və dünya şöhrətli adı çəkilən romanları onun dəniz səyahətlərinin məhsuludur.Onun bu əsərlərində kosmik və sualtı gəmilərin hələ ixtira olunmadığı bir dövrdə bir qayda olaraq kosmosa uçuş,Yerin dərinliklərinə səyahət və s.bu səpgili macəralar qələmə alınmışdır.Kitabxanaçı vurğuladı ki,fantastik romanlarına görə Jül Vern elmi fantastika janrının "atası" sayılır.-

 

88.5 KB