Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Şəhadət aşiqi” adlı tədbir keçirilib

08.02.2023

07.02.2023-cü il tarixində Xocalı rayon Mədəniyyət evində rayon Mədəniyyət evinin, Xocalı rayon Mərkəzi Kitabxanası və Xocalı şəhər 5 nömrəli klubunun birgə təşkilatçılığı ilə Milli Qəhrəman Mübariz İbrahimovun doğum günü ilə əlaqədar olaraq dəyirmi masa ətrafında “Şəhadət aşiqi” adlı tədbir keçirildi. Tədbirdə rayon Mədəniyyət evinin, şəhər 5 nömrəli klubun, rayon MKS-nin işçiləri və Xocalı şəhər 4 saylı tam orta məktəbin
şagirdləri iştirak etdilər. İlk öncə Mübariz İbrahimovun timsalında şəhidlərimiz bir dəqiqəlik sükutla yad edildi, Allahdan onlara rəhmət, ailələrinə səbr dilənildi. Rayon Mədəniyyət evinin metodisti Ramil Miriyev çıxış edərək Mübariz İbrahimovun qısa, amma şərəfli həyatından, onun qəhrəmanlığından danışdı. O bildirdi ki, 2010-cu il iyunun 18-də Tərtər rayonunun Çaylı kəndi yaxınlığında 22 yaşlı gizir Mübariz İbrahimov döyüş növbəsində olduğu vaxt düşmən tərəfindən atəşkəs rejiminin pozulması nəticəsində başlanan atışmada şəxsi rəşadət nümayiş etdirir. Təkbaşına təmas xəttinin bir kilometrlik minalanmış sahəsini keçir. Qəfil həmləsi ilə Ermənistan ordusunun çox sayda əsgər və zabitini məhv edir. Sonra isə düşmənin öz silahlarından onun özünə qarşı istifadə edərək 5 saat təkbətək döyüşür. Düşməni çox ağır itkilərə məruz qoyur. Azərbaycan döyüşçüsü səhərə yaxın qeyri-bərabər döyüşdə qəhrəmancasına şəhid olur. Azərbaycan Prezidenti cənab İlham Əliyevin 22 iyul 2010-cu il tarixli sərəncamı ilə gizir Mübariz Ağakərim oğlu İbrahimova Azərbaycan Respublikasının müstəqilliyi və ərazi bütövlüyünün qorunmasında müstəsna xidmətinə və göstərdiyi rəşadətə görə ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib.
Rayon Mədəniyyət evinin direktoru Hafiz Abbasov çıxış edərək bildirdi ki, xalqımızın şanlı tarixi çoxlu sayda qəhrəmanlıq səhifələri ilə zəngindir. Şərait qəhrəmanlar ya- radır, qəhrəmanlar isə tarix. Vətən sevgisiylə bizlərin qüruru, vüqarı, fəxri, ölməzliyi, örnəyi olan Mübariz İbrahimov kimi. Mübariz ona qoyulan adı doğrultdu. Adının möhtəşəmliyini, Vətənin, torpağın yaddaşına yazılan əbədiyaşarları zamanın küləkləri, tufan-
ları silə bilməyəcək. Mübariz üçün Vətən hər şeydən üstün, hər şeydən qiymətli, hərşeydən uca idi. Hər dəfə sevgidən söz düşəndə deyərdi ki, mənim vurğunu olduğum Vətəndir! Onu tanıyanların söhbətinə sakitcə qulaq asmaq olmur. Bu söhbətlər insanın varlığında qeyri-adi hisslər, ürəyində kövrək duyğular oyadır. İyirmi iki yaşlı qəhrəmanın ruhu qarşısında istər-istəməz baş əyirsən. Vətən uğrunda canından keçənlər ölmür, şəhidlər əbədiyaşardır. Onlar Vətən uğrunda vuruşdular, Vətən naminə canlarından keçməyi bacardılar. Torpağı vətənləşdirən onlardır.
Sonda Mübariz İbrahimovun döyüş yolundan bəhs edən animasiya filmi tədbir iştirakçılarına nümayiş etdirildi.

 

201 KB