Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“ Şəhidin ünvanı əbədiyyətdir” adlı dəyirmi masa keçirilib

08.02.2023

Gəncə Regional Mədəniyyət İdarəsi Samux rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Qarayeri qəsəbə kitabxana filialının təşəbbüsü ilə Qarayeri qəsəbə 1 saylı məktəb-liseydə Milli Qəhrəman Mübariz İbrahimovun 35 illik yubileyinə həsr olunmuş “ Şəhidin ünvanı əbədiyyətdir” adlı dəyirmi masa keçirdi. Tədbirə başlamazdan öncə vətən uğrunda həlak olan şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Tədbiri giriş sözü ilə Qarayeri qəsəbə kitabxana filialının müdiri Samirə Məmmədova açdı Milli Qəhrəman Mübariz İbrahimovun Qəhrəmanlığı ağılasığmaz süçayətlərindən danışaraq qeyd edib ki, onlar Vətənimizin işıqlı sabahları, aydın səmaları üçün döyüşüb, Vətən üçün can əsirgəməyib,şəhadətləri ilə ölümü ucaldıb ölümsüzlüyə,əbədiyyətə qovuşmalarından danışıb. 1saylı məktəb-liseyin Corafiya müəlliməsi İltimaz Əliyeva Milli Qəhrəman Mübariz İbrahimovun Qəhrəmanlığla yüksəlməsindən və dünya liderlərinin Mübariz İbrahimov haqqında söylədikləri yüksək fikirləri tədbir iştirakçılarını çatdırdı. Qarayeri qəsəbə kulubunun kütləvi təşkilatçısı Firuzə Əliyeva çıxış edərək şərait qəhrəmanlar yaradır ,qəhrəmənlar isə tarix. Vətən sevqisi ilə bizlərin qüruru, vüqarı , fəxri, ölməzliyi, örnəyi, olan Mubariz İbrahimov haqda danışdı. 1 saylı məktəb-liseyin tarix müəllimi Azədə Ələsgərova hər daim Qəhrəman Şəhidlərin xatirlərəni əziz tutmalarını və anılmalarını şagirlərə tövsiyyə etdi. Sonda Qarayeri qəsəbə 1 saylı məktəb liseyin 8-T sinif şagirdləri Fidan Qələndərova Qədimova Raya və Mustafayev Nihat Milli Qəhrəman Mübariz İbrahimova həsr edilmiş şeirlər söylədilər.

 

50.4 KB