03.07.2018
03.07.2018-ci il tarixdə Gəncə şəhər Mərkəzi Kitabxananın oxu zalında AMEA-nın akademiki professor, biologiya elmləri doktoru, əməkdar elm xadimi Cəlal Əlirza oğlu Əliyevin 90 illiyinə həsr edilmiş “Əbədi yaşar alim və müəllim” adlı məruzə keçirildi. Məruzəni aparan Könül Qafarova akademik Cəlal Əliyevin biologiya elminin inkişafına verdiyi töhfələrdən, kənd təsərrüfatı bitkilərinin, əsasən buğdanın fotosintetik məhsuldarlığının nəzəri əsaslarının öyrənilməsində, kompleks şəkildə tədqiq edilməsində göstərdiyi xidmətlərdən danışıb. O, Azərbaycan elminin nailiyyətlərinin tanıdılması üçün təqdirəlayiq işlər görmüşdür, 500-dən çox elmi məqalənin, 20-dən artıq kitab və monoqrafiyanın müəllifi olan Cəlal Əliyev elm xadimi kimi nəinki ölkəmizdə, eləcə də ölkə hüdudlarından kənarda tanınır, geniş diapazonlu elmi fəaliyyəti və zəngin irsi ilə Azərbaycan və dünya elmi qarşısında müstəsna və təmənnasız xidmətlərinə görə hələ sağlığında ikən özünə əbədi abidə ucaldıb. Adı elmin tarixinə əbədi həkk olunmuş Cəlal Əliyevin xatirəsi hec bir zaman unudulmayacaq.