07.02.2023
Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 19 saylı kitabxana filialı 06.02.2023-cü il tarixində Azərbaycanın Milli Qəhrəmanı İbrahimov Mübariz Ağakərim oğlunun anadan olmasının 35 illiyi münasibətilə “Torpağı Vətənləşdirən Milli Qəhrəman” adlı anım günü keçirtdi. Tədbirdə Azərbaycan torpaqlarının bütövlüyü uğrunda şəhid olmuş soydaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Tədbiri 19 saylı kitabxana filialının müdiri Elza Əliyeva açaraq əfsanəvi qəhrəman Mübariz İbrahimovun qısa həyatı və döyüş yolundan danışdı. Tədbirdə Gəncə şəhər Şah İsmayıl Xətai adına 13 saylı tam orta məktəbin Azərbaycan dili müəllimi Bahar Məmmədbəyli, Mərquşə İbrahimova, Uşaq Birliyi Təşkilatının rəhbəri Qənifə Nağıyeva , psixoloq Qətibə Mustafayeva çıxışlarında bildirdilər ki, Şükürlər olsun ki Mübarizin arzusu artıq reallaşıb. İşğalda olan torpaqlarımız azad edilib . 2020-ci ilin oktyabr ayında Mübariz İbrahimovun şəhid olduğu ərazi erməni işğalından azad olunub. Mübarizin tək başına döyüşüb şəhid olduğu hərbi hissəyə, o ərazilərə Azərbaycan bayrağı sancılıb. Artıq Mübarizin ruhu şaddır deyə bilərik. Tədbirin sonunda MKS –nin 19 saylı kitabxana filialının müdiri Elza Əliyeva Mübariz İbrahimovun dinə, Allaha, vətənə bağlı biri olduğunu və özünə adi ölümü deyil yalnız ” şəhidliyi” layiq bildiyini söylədi. Allah bütün şəhidlərə rəhmət etsin.