Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Torpağı Vətənləşdirən Milli Qəhrəman” başlığı altında anım günü keçirilib

07.02.2023

Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 15 saylı kitabxana filialı Azərbaycanın Milli Qəhrəmanı İbrahimov Mübariz Ağakərim oğlunun anadan olmasının 35 illiyi ilə əlaqədar olaraq “Torpağı Vətənləşdirən Milli Qəhrəman” başlığı altında anım günü keçirtdi. Tədbir Azərbaycanın suverenliyi və ərazi bütövlüyü eləcədə xalqımıza qarşı törədilmiş soyqırımlarda həlak olmuş Şəhidlərimizin ruhunun bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı. Tədbiri 15 saylı filialın müdiri Şəhla İlyasova apardı. Tədbirdə M.Ş.Vazeh adına 16 saylı tam orta məktəbin İbtidai sinif müəllimi Sədaqət Kazımova, həmin məktəbin kitabxana müdiri Aynur Rzayeva, kitabxanaçısı Xoşqədəm İbrahimova çıxış etdilər. Məktəbin 4-cü sinif şagirdləri Şəhidimizə həsr olunmuş şeir parçaları söylədilər. Sonra Qəhrəmanımızın həyat yolunu əks etdirən, valideynlərinə yazdığı ürək titrədən məktubun da yer aldığı videoçarx nümayiş olundu. Tədbirdə Müzəffər Xalqımızın, Müzəffər Ordumuzun, Ali Baş Komandanımızın iradəsi, şücaəti nəticəsində əldə etdiyimiz Zəfər Günündən də danışıldı. Bu günki gün şəhidimizin ruhunun şad olduğu, Qarabağda Mübariz postunda Azərbaycan bayrağının dalğalandığı xüsusi vurğulandı.

 

1.2 MB