Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Unudulmaz Lider” adlı tədbir keçirilib

07.02.2023

06.02.2023-cü il tarixdə Gəncə Regional Mədəniyyət İdarəsi Xocalı rayon Kosalar kənd tam orta məktəbin akt zalında Ulu Öndər Heydər Əliyev ili çərçivəsində "Unudulmaz Lider" adlı tədbir keçirildi.Tədbirdə Xocalı rayon Yaloba kənd Tarix -Diyarşünaslıq muzeyinin direktoru Tofiq Məmmədov, Xocalı rayon Kosalar kənd Mədəniyyət evinin direktoru Ramiz Məhərrəmov iştirak etdilər.Tədbiri giriş sözü ilə Xocalı rayon Kosalar kənd tam orta məktəbin direktoru Rafiq Quliyev açdı. Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi hörmət və ehtiramla yad edildi.Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən videoçarx nümayiş etdirildi.Dahi şəxsiyyət haqqında digər natiqlərin çıxışları dinlənildi.Daha sonra məktəblilər arasında bilik yarışması təşkil edildi.Məktəblilər tərəfindən hazırlanmış bədii kompozisiya nümayiş etdirildi.Qalib komandalar mükafatlandırıldılar.Sonda xatirə şəkilləri çəkdirildi.

 

56.4 KB