Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Sən bizə örnəksən, şərəfimizsən” başlığı altında anım günü keçirilib

06.02.2023

Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 1 saylı kitabxana filialı 06.02.2023-сi ildə 6 saylı məktəbin müəllim və şagird kollektivi ilə birlikdə Azərbaycanın Milli Qəhrəmanı İbrahimov Mübariz Ağakərim oğlunun anadan olmasının 35 illiyi ilə əlaqədar “Sən bizə örnəksən, şərəfimizsən” başlığı altında anım günü keçirdi. İlk öncə şəhidlərimizin ruhu 1 dəqiqəlik sükutla yad edildi. Multimedia resurları üzrə mütəxəssis Əliyeva İlhamə Mübariz İbrahimovun həyatı və keçdiyi döyüş yolu haqqında iştirakçılara ətraflı məlumat verdi.Kitabxananın müdiri Məlikova Züleyxa öz çıxışında qeyd etdi ki, Mübariz ona qoyulan adı doğrultdu. Adının möhtəşəmliyini qorudu və ucaltdı. Mübariz üçün Vətən hər şeydən üstün, hər şeydən qiymətli, hər şeydən uca oldu. Hər dəfə sevgidən söz düşəndə deyərdi ki, mənim vurğunu olduğum Vətəndir! Vətən torpağı düşmən tapdağındadır, son nəfəsimiz işğalı sona yetirməlidir .Kitabxanamızın fəal oxucusu, hazırda təqaüddə olan müəllimə Rəhimova Nəzinə bildirdi ki, xalqımızın şanlı tarixi çoxlu sayda qəhrəmanlıq səhifələri ilə zəngindir. Şəhidliyin, qəhrəmanlığın, məkanı və zamanı olmur. Şəhidlər xalqın kimliyini, mənliyini qoruyub işıqlı sabahımıza boylanan azadlıq pöhrələri, yüksəlişə, ucalığa can atan könül dünyamızdır. Heç kimə bənzəmədən öz ömrünü ömürlərə - Vətənə bağışlayan oğullardı şəhidlər.6 saylı məktəbin ədəbiyyat müəllimi İsayeva İlahə bildirdi ki, müharibə qəhrəmanlar yaradır, qəhrəmanlar isə tarix yazır. Vətən sevgisiylə bizlərin qüruru, vüqarı, fəxri, ölməzliyi, örnəyi olan Mübariz İbrahimov kimi. Tədbirdə şagirdlərimiz şəhidlər haqqında şeirlər söylədilər, kompozisiyalar nümayiş etdirdilər. Kitabxanamızda Milli Qəhrəman Mübariz İbrahimovla bağlı sərgi təşkil edilmişdi. Sərgidə Mübariz İbrahimova və şəhidlərə həsr edilmiş kitablar və milli qəhrəmanlarımızın fotoşəkilləri nümayiş etdirilmişdir. Multimedia resurları üzrə mütəxəssis Əliyeva İlhamə sərgi ilə bağlı tədbir iştirakçılarına geniş məlumat verdi. Allah bütün şəhidlərimizə rəhmət eləsin.

 

102.7 KB