06.02.2023
06.02.2023-cü il tarixində Gəncə Regional Mədəniyyət İdarəsi Samux rayon Mədəniyyət Mərkəzi Sərkar kənd Folklor evində Milli Qəhrəman Mübariz Ağakərim oğlu İbrahimovun anım günü ilə əlaqədar "Qəhrəmanlar Ölmür" adlı dəyirmi masa keçirilib . Tədbirdə Sərkar kənd Folklor evinin kollektivi və Sərkar kənd kitabxana filialının işçiləri və Sərkar kənd Nizami Gəncəvi adına tam orta məktəbin şagirdləri iştirak ediblər.Tədbirdə Milli Qəhrəmanın həyatı, keçdiyi döyüş yolu, misilsiz qəhrəmanlığı haqqında geniş məruzələr oxunub. Sonra söz Sərkar kənd Folklor evinin bədii-qiraət dərnəyinin üzvlərinə verilib, onlar Vətənpərvərlik haqqında şeirlər söyləyiblər