06.02.2023
Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 2 saylı filialında 06.02.2023-cü il tarixində Azərbaycanın Milli Qəhrəmanı Mübariz Ağakərim oğlu İbrahimovun anadan olmasının 35 illiyinə həsr olunmuş "Mübariz xalqın Mübariz oğlu"adlı anım günü keçirildi.
Əvvəlcə torpaqlarımızın bütövlüyü uğrunda həlak olmuş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olundu.
Sonra filialın müdiri Firuzə Yunusova Qəhrəmanın həyatından,keçdiyi döyüş yolundan,misilsiz qəhrəmanlığından danışdı. Qeyd etdi ki, Mübariz İbrahimov öz yenilməz hünəri ilə adını Azərbaycan xalqının tarixinə əbədi yazmışdır. Filialın böyük kitabxanaçısı Kifayət Məmmədova çıxışında şəhidlik zirvəsinə yüksələn Mübarizin Vətən, torpaq sevgisi , onda olan vətənpərvərlik ruhu barəsində gənclərə məlumata verdi.Şagirdlərdən Əsnat Bahadurlu , Zəhra Cəfərli ,Xədicə Hüseynova ,Mələk İsmayılova Mübariz İbrahimovun Vətən sevgisiylə bizlərə örnək olduğunu qeyd etdilər və igid Qəhrəmana həsr olunmuş şeirlər söylədilər.
Tədbirdə18 saylı orta məktəbin şagirdləri və filialın oxucuları iştirak etdilər.