Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Vətənimin yenilməz qəhrəman oğlu”adlı söhbət  təşkil edilib

06.02.2023

Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasının Uşaq şöbəsi tərəfindən 05.02.2023-cü il tarixində K.D.Uşinski adina 29 nömrəli tam orta məktəbin müəllim və  şagirdlərinin iştirakı ilə Azərbaycanın Milli Qəhrəmanı İbrahimov Mübariz Ağakərim oğlunun anadan olmasının 35 illiyi ilə əlaqədar “Vətənimin yenilməz qəhrəman oğlu”adlı söhbət  təşkil etdi. Tədbirə başlamazdan əvvəl Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən bütün şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edildi.

Tədbiri açan oxu zalının mudiri Əfsanə Bağırova Milli Qəhrəmanın həyat və keçdiyi şərəfli  döyüş yolundan, gösdərdiyi şücaətdən bəhs etdi. Məktəbin tarix müəllimi Abbasova Şəlalə, təşkilatçısı Məmmədova Vüsalə milyonların ürəyində heykəlini ucaldan xalqımızın mübariz oğlunun, hər zaman xalqın yaddaşında, qəlbində olan bir qəhrəmanın  təkbaşına Ermənistan silahlı qüvvələrinin çox sayda əsgər və zabitini gözlənilməz həmlə ilə məhv etməsindən,  düşmənin öz silahlarını özünə qarşı istifadə edərək beş saat onlarla təkbətək döyüşməsindən, düşməni ağır itkilərə məruz qoymasından və səhər saatlarında döyüşdə qəhrəmancasına şəhadətə yüksəlməsindən danışdılar. Sonra 6-cı sinif şagirdi Zeynalabdin Əkbərov Mübariz İbrahimovun ailəsi üçün yazdığı son məktubu səsləndirdi. Şagirdlərdən Temur Quliyev , Əli Məhərəmov Mübariz İbrahimovun vətən sevgisi ilə bizlərə örnək olduğunu bildirdilər və igid qəhrəman haqqında topladıqları məlumatları bizimlə bölüşdülər. Tədbirin məqsədi şagirdlərdə vətənpərvərlik ruhunu yüksəltməklə yanaşı,  Azərbaycanın  gələcəyi olan uşaqların milli ruhda böyümələrində, vətənsevərliyində mühüm əhəmiyyət kəsb etməsidir

 

101.9 KB