Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Dovşanın tənbəlliyi “

03.07.2018

Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Uşaq şöbəsində 03.07.2018-ci il tarixində “Dovşanın tənbəlliyi “ başlığı altında ucadan oxu keçirildi.

Məqsədimiz uşaqlarada mütaliə vərdişini möhkəmləndirmək, nitq mədəniyyətini inkişaf etdirmək, söz ehtiyatını zənginləşdirmək, düzgün danışıq qabiliyyətini öyrətmək və üzündən yaxşı oxumağa alışdırmaqdır. Şöbənin kitabxanaçısı Nərmin Həsənova əvvəlcə hekayəni ozü oxudu, sonra isə uşaqlar davam etdi. Hekayəni çox böyük həvəs və maraqla oxuyan uşaqlara aşılandı ki, cümlələrin düzgün tələffüzünə və durğu işarələrinə diqqət etsinlər . Sonda hekayəni uşaqların necə mənimsədiklərini öyrənmək üçün geniş müzakirə aparıldı.