Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Azadlıq uğrunda şəhid olan qəhrəman unudulmur” başlıqlı anım günü keçirilib

06.02.2023

Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 9 saylı filialında 06.02.2023-cü il tarixdə Azərbaycanın Milli Qəhrəmanı İbrahimov Mübariz Ağakərim oğlunun anadan olmasının 35 illiyi ilə əlaqədar “Azadlıq uğrunda şəhid olan qəhrəman unudulmur” başlıqlı anım günü keçirildi.

 İlk öncə torpaqlarımızın azadlığı uğrunda canlarından keçən qəhrəman oğullarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

 Multimedia resursları üzrə mütəxəssiz Nərgiz Məmmədova tədbir açıq elan edərək bildirdi ki, xalqımızın şanlı tarixi çoxlu sayda qəhrəmanlıq səhifəsi ilə zəngindir. Tədbirdə iştirak edən Gəncə şəhər 37 saylı orta məktəbin müəllimləri Zöhrə Məmmədova, Səidə Ağayeva Mübariz İbrahimovun keçdiyi həyat yolundan, apardığı mübarəzədən məlumat verdilər. Tədbirdə iştirak edən şagirdlər çıxış edərək Mübariz İbrahimovun qəhrəmanlıq rəmzi olduğunu, müstəqil və azad bir ölkədə yaşamaqlarının əyani sübutu olan şəhidlərimizi heç zaman unutmayacaqlarını qeyd etdilər. Sonda Nərgiz Məmmədova tədbir iştirakçılarına minnətdarlığını bildirdi.

 Vətən naminə canlarından keçən qəhrəman övladlarımızın ruhu qarışısında baş əyirik.

 Allah şəhidlərə rəhmət elesin.