Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Canavarın laylası” nağılının oxu və müzakirəsi keçirilib

06.02.2023

Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 15 saylı kitabxana filialı “Nağıl saatı” layihəsi çərçivəsində Teymur Elçinin “Canavarın laylası” nağılının oxu və müzakirəsini keçirtdi. Tədbiri 15 saylı filialın multimedia resursları üzrə mütəxəssisi Sulaxbin-Elçi Aygün apardı. O, ilk öncə nağılın oxusunu canavar personajının təqdimatında uşaqlara çatdırdı. Bu da onlara hədsiz sevinc bəxş etdi. Sonra nağılın uşaqlar tərəfindən daha yaxşı mənimsənilməsi üçün onlarla söhbət apardı və nağılda adı keçən heyvanın başqa necə adlandırıldığı barəsində onlarla sual-cavab etdi. Xoş əhval-ruhiyyədə keçən “Nağıl saatı”nın sonunda uşaqlara öz minnətdarlığını bildirib, tədbiri yekunlaşdırdı.

 

1.1 MB