Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Fonda daxil olan yeni kitabların” təşkil olunub

06.02.2023

Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 1 saylı kitabxana filialında 03.02.2023 – ci il tarixində 6 saylı məktəbin şagirdləri və müxtəlif oxucu qurupları ilə birlikdə “Fonda daxil olan yeni kitabların” sərgisi təşkil olundu. Sərgidə müxtəlif mövzularda, Azərbaycan, Rus dillərində və müxtəlif elm sahələrini əhatə edən ədəbiyyatlar nümayiş olunmuşdu. Tədbiri açan 1 saylı filialın kitabxanaçısı İlhamə Əliyeva bu sərgini təşkil etməkdə məqsəd oxucuların bədii zövqünün formalaşması, onlar arasında mütaliə mədəniyyətinin yüksəldilməsi, eləcə də kitabxanaya yeni oxucular cəlb etmək üçün olduğunu vurğuladı. İlhamə son günlərdə fonda daxil olmuş kitablar haqqında oxuculara qısa məlumat verdi. Kitabxanamızda təşkil edilən belə sərgilər il boyu davam edəcək.

 

123 KB